- Baxış sayı: 60
- 06 Noyabr 2026 17:09
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

İyunun 13-də beynəlxalq xizək və snoubord federasiyasının (FİS) konqresində keçirilən səsvermədə Azərbaycan qış idmanı növləri federasiyasının FİS-ə tam üzvlüyü qəbul edilib.
Allsport.az xəbər verir ki, bununla yanaşı, Azərbaycan qış idmanı növləri federasiyası tərəfindən 2026-cı ildə moqul üzrə dünya kubokunun final mərhələsinin Azərbaycanda keçirilməsi ilə bağlı FİS-ə ünvanladığı müraciət müsbət qarşılanıb.
Əldə olunan nəticəyə əsasən FİS tərəfindən yarışın “Şahdağ” turizm mərkəzində keçirilməsinə dair qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.
Dünya kubokunun 2026-cı ilin 14-15 martda “Şahdağ” turizm mərkəzində keçirilməsi nəzərdə tutulur.