Dünya qadın sıralamasının növbəti mərhələsi Bakıda!

22-23 avqustda doğma Bakımızda 16 komandanın iştirakı ilə 3×3 basketbol üzrə dünya qadın sıralamasının növbəti mərhələsi baş tutacaq. Allsport.az saytı xəbər verir ki, “D” qrupunda millimiz Litva (22 avqust saat 18:15) və Almaniya ilə mübarizə aparacaq.

“Neftçi” idman klubu “C” qrupunda “Yuanda” (Çin) və təsnifat mərhələsi qrupundan lider kimi əsas qruplara qalmağa çalışan üç komandadan (İtaliya, Malayziya və Tayland) biri ilə qaşılaşacaq və ilk oyununu saat 17:50-də keçirəcək.

Qruplarda ilk 2 yeri tutanlar 1/4 finala vəsiqə qazanacaqlar. Bakı mərhələsinin oyunları dənizkənarı bulvarda yerləşən saat qülləsinin yanında olacaq.

Həmin kateqoriyadan