Dünya şöhrətli formula-1 pilotu yenidən Bakıda

Keçmiş formula-1 pilotu, hazırda tele-aparıcı və şərhçilik edən Devid Kulthard 15-16 martda Bakıda səfərdə olacaq. Allsport.az saytı xəbər verir ki, bu, onun Bakıya 2-ci səfəridir. Dünya şöhrətli sürücü ötən il Avropa qran-prisini yerində canlı izləyib, paytaxtımızın gəzməli-görməli yerlərində olaraq şəhərlə yaxından tanışlıq edib, sonra yarışdan və Bakıdan video material hazırlayaraq, ölkəmizin sahib olduğu geniş turizm imkanlarını dünya ictimaiyyətinə təqdim edib.

Devid Kulthard səfər çərçivəsində martın 15-i səhər saatlarında yarışın keçiriləcəyi treklə ətraflı tanış olacaq və bundan dərhal sonra saat 12:00-da “Hilton” mehmanxanasında KİV-lə görüşəcək.

Toplantı zamanı, qonaq ötən ilki yarış və şəhər təəssüratlarını, formula-1 ilə bağlı bu il tətbiq olunan dəyişikliklər haqqında düşüncələrini və həmçinin Bakı Şəhər Halqasının yarışa hazırlığına dair olan fikirlərini tədbir iştirakçıları ilə bölüşəcək.

Həmin kateqoriyadan