Dünyaca məşhur DJ Afrojack Azərbaycan mükafat yarışı üçün paytaxta gəlir

27 apreldə “Jamiroquai”nin iştirakı ilə baş tutacaq axşam konsertinin ardınca dünyaca məşhur DJ – Afrojack əyləncəsevərlərə coşğulu gecə təqdim edəcək. Allsport.az saytı xəbər verir ki, əvvəlki illərdəkindən fərqli olaraq, bu dəfə konsert tədbirləri və ardınca davam edəcək əyləncəli gecə proqramları “Büllur” sarayda olacaq.

“Grammy” mükafatına sahib Afrojack bəstəkarlığı ilə də məşhurdur. O, elektronik, hip-hop və pop kimi müxtəlif musiqi janrları arasında asanlıqla keçidlər yarada bilən çoxcəhətli sənətçidir. Afrojack yalnız öz treklərinə görə yox, həm də məşhur müğənnilər üçün bəstələdiyi mahnılara görə tanınıb sevilməkdədir.

Onun bəstələdiyi treklər sırasına Beyonce-un “Run The World (Girls)”, Madonnanın David Guetta ilə birlikdə ifa etdiyi “Revolver” və Ne-Yo ilə Pitbull-un birgə səsləndirdikləri “Give Me Everything” mahnıları daxildir.

Həmin kateqoriyadan