“Düşünürəm ki, mən qəribəyəm”

Çoxnövçülük üzrə qrupda bədii gimnastika üzrə 2012-ci ilin olimpiya çempionu olan və 2022-ci ilin payızında 31 yaşında ABŞ vətəndaşlığını alan rusiyalı gimnast Anastasiya Nazarenko dəfnin necə olacağını vəsiyyət edib.

Allsport.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib:

“Dünən məşqçimizlə vidalaşdıq, emosional cəhətdən çətin idi, itkidən göz yaşlarını saxlamaq mümkün deyildi. Amma bir şey varsa, dəfnimdə şərəfimə, gözəl həyatım üçün, ucaldığım yerdə ziyafət verin! Bu göz yaşlarına ehtiyac yoxdur, sadəcə sevinc və xoş musiqi! Düşünürəm ki, mən qəribəyəm”.

Həmin kateqoriyadan