Trampın sevimlisi UFC-də uduzdu

Las-Veqasda UFC-296 turniri yenicə başa çatıb. Allsport.az xəbər verir ki, gecəyin əsas hadisəsi orta çəkidə çempionluq uğrunda döyüş olub: kəmər sahibi ingiltərəli Leon Edvards amerikalı rəqibi Kolbi Kovinqtonla qarşılaşıb.

Leon Edvards üçün döyüş UFC ağır çəki dərəcəsində titulun 2-ci dəfə müdafiəsi idi. Yamayka əsilli britaniyalı 2022-ci ilin avqustunda o vaxt çəkisindən asılı olmayaraq dünyanın ən güclü döyüşçüsü sayılan Kamaru Usmanı nokaut edərək kəmərə yiyələnmişdi.

Görüşün qalibi hakimlərin qərarı ilə bəlli olub. Münsiflərin hamısının səs birliyi ilə Edvardı qalib elan edilib.

Həmin kateqoriyadan