“El Peruano” nəşri: “Formula 1 Azərbaycanda”

Perunun nüfuzlu “El Peruano” qəzetində “Formula-1 Azərbaycanda” sərlövhəli məqalə dərc edilib. Allsport.az saytı xəbər verir ki, bu barədə Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyindən məlumat verilib. Məqalədə Şərqlə Qərbin qovuşuğunda yerləşən, çoxəsrlik ənənələri, təbii sərvətləri, özünəməxsus tarixi abidələri və zəngin mətbəxi olan müasir Odlar yurdu haqqında ətraflı məlumat verilir.

Azərbaycan xalqının qonaqpərvərliyindən və ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlərə dünyanın hər yerindən çoxsaylı qonaqların gəlməsindən söz açılır. Dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda “Eurovision” müsabiqəsinin və birinci Avropa Oyunlarının keçirildiyi oxucuların diqqətinə çatdırılır.

Nəşrdə Azərbaycanın tarixində Bakıda ilk dəfə Formula-1 Avropa qaran-pri yarışının keçirilməsindən bəhs edilir. Şəhərin gözəl yerləri, o cümlədən qədim İçərişəhərdən söhbət açılır, onun Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edildiyi bildirilir, geniş prospektlər, tarixi və müasir binalar, füsunkar dənizkənarı park və Formula-1 pilotlarının yarışdıqları yollar təsvir edilir. Bildirilir ki, yarış halqası 6 kilometrdir. Uzunluğuna görə bu, Belçikadakı Spa trekindən sonra ikinci, Formula-1 təqvimində ən uzun küçə yarışıdır.

Həmin kateqoriyadan