Elgün Əlizadə: Şansımı gözləyirəm

Qoşaçarxçılardan ibarət milli komandamız Sloveniya paytaxtı Lüblyanada yerləşən bazasında təlim-məşq toplanışını davam etdirir. “Synergy Baku”nun gənc üzvü Elgün Əlizadə allsport.az saytına açıqlamasında deyib ki, heyətdə yüksək ofqat hökm sürür və kollektiv növbəti mübarizəyə hazır vəziyyətə gətirilib:

«Bir müddətdir Avropada hazırlığımızı davam etdiririk. Qarşıda bizi 2 ciddi sınaq «Tur de Azerbaycan» və Birinci Avropa Oyunları gözləyir. Məşqçilər korpusu məqsədəuyğun bilərsə, heyətdə yer alıb, qənaətbəxş çıxış etmək üçün var qüvvəmlə səy göstərəcəyəm».

Həmin kateqoriyadan