- Baxış sayı: 74
- 12 May 2025 19:19
- Baxış sayı: 90
- May 12, 2025
- 0
“3-cü MDB oyunları ilə bağlı bölgələrdə idman qurğularına baxış keçirilib. Sıradan çıxan olimpiya idman kompleksləri yenidən bərpa olunur. Gəncədə və Xankəndidə də stadionlar yenidən qurulur”.
Allsport.az saytı xəbər verir ki, bunu Bakı şəhər halqası əməliyyat şirkətinin təhlükəsizlik və əməliyyatlar üzrə rəhbəri Aygül Ağayeva dedi. Onun sözünə görə, tədbirə hazırlıq yüksək səviyyədə gedir:
“Bölgələrdə yaxşı mehmanxanalarımız var. Xankəndidə də bir neçəsi istifadəyə verilib. İdmançılar ölkənin müxtəlif şəhərlərində qalacaqlar. Qonaqlamada çatışmamazlıq yoxdur. Təhlükəsizlik tədbirləri də yüksəkdir.
Hər bir beynəlxalq tədbirin qaydalarına uyğun olaraq, ölkələrə dəvət göndərilir. Ermənistanın ölkəmizdə keçiriləcək 3-cü MDB oyunlarında iştirakı ilə bağlı hələlik məlumat yoxdur”.