Fərqlənən idman jurnalistləri mükafatlandırıldı

Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Azərbaycan idman jurnalistləri assosiasiyasının təşkilatçılığı və “Etopaz”ın baş sponsorluğu ilə onlayn şahmat turnirinin qalibləri mükafatlandırılıblar.

Allsport.az saytı xəbər verir ki, İsveçrə sistemi üzrə və 7 turdan ibarət turnirə müxtəlif KİV orqanlarını təmsil edən və müstəqil fəaliyyət göstərən 18 idman jurnalisti qatılıb. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Aysel Adıgözəlli (qol.az) 1-ci, müstəqil idman icmalçısı Səbuhi Səfiyarlı 2-ci, mərhum qrossmeyster Vüqar Həşimovun bacısı, müstəqil idman jurnalisti Samirə Allahverdiyeva 3-cü yer tutublar.

Qaliblər müvafiq olaraq 500, 300 və 200 manat məbləğində pul mükafatları ilə təltif ediliblər.

Həmin kateqoriyadan