F-1 akademiyasında yeni rəhbər

Allsport.az saytı xəbər verir ki, keçmiş sürücü Süzi Volf qadınların Formula-1 Akademiyasının rəhbəri vəzifədini icra edəcək. Bu akademiya bilavasitə Stefano Domenikalinin rəhbərliyindədir. Süzi Volf fikirlərini belə bölüşüb:

“Formula-1 akademiyası avto idmanının zirvəsinə gedən yolda, istedadlı qadın pilotları tapmaq və yetişdirməkdə yardımçı olacaq. Qarşıda görüləcək böyük işlər var, amma qətiyyətli məqsədimiz var.

İnanıram ki, akademiya yarışdan daha çox tövhə verəcək. Bütün dünyadakı qadınları öz arzularını həyatə keçirməyə daha da ruhlandıracaq. Onlar istedadlı, qətiyyətli olduqları halda bütün zirvələrə yüksələ bilərlər“.

Həmin kateqoriyadan