Federasiya kubokunun qalibləri müəyyənləşib

Dağ Velosipedi Parkında Açıq Federasiya Kubokunun 2-ci mərhələsi keçirilib. Allsport.az saytı xəbər verir ki,yarışda peşəkar idmançılarla yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edib.

Reqlamentə əsasən, Elit və U-23 yaş kateqoriyasında mübarizə aparan iştirakçılar 2.1 km-lik marşrut boyunca 7 dövrə vurublar. Gözlənildiyi kimi, bu yaş qrupunda çempion adını Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin təmsilçisi Aqşin İsmayılov qazanıb. Onun komanda yoldaşları Orxan Məmmədov və Vüsal Abuşov müvafiq olaraq 2-3-cü yerləri bölüşüb.

Gənclər və U-17 yaş qrupunun qoşaçarşçılarının mübarizəsi 4 dövrə davam edib. Burada da Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin velosipedçisi Samir Şıxəlizadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin məktəbin üzvü Kamil Sərkərov 3-cü olub. 2-ci yerə isə “SOCAR” komandasının üzvü Vüqar Nəsibov layiq görülüb.

Və nəhayət, 3 dövrə mübarizə aparan 15 yaşadək idmançılar arasında Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbini təmsil edən Osman Qəhrəmanov hamını qabaqlayıb. Sonrakı 2 yeri “Atasport” klubundan Bəylər Ağayev və “SOCAR”dan Növhər Nuriyev tutub.

Həmin kateqoriyadan