Federasiyanın yeni rəhbərliyi ağırlıqqaldırmada olan problemləri dinlədi, rəy və təklifləri qeydə aldı

Bu gün Azərbaycan ağırlıqqaldırma federasiyasının prezidenti Kamran Nəbizadə ağırlıqqaldırma ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Allsport.az xəbər verir ki, ağır atletika akademiyasında baş tutan tədbirdə ölkəmizdə fəaliyyət göstərən məşqçilər, hakimlər və digər mütəxəssislər iştirak ediblər. Giriş sözü ilə çıxış edən federasiya prezidenti hər kəsi salamlayıb, ona etimad göstərən hər kəs təşəkkürünü bildirib. O, qeyd edib ki, görüşdə məqsəd paytaxt və regionlarda çalışan mütəxəssislərlə söhbət edərək çətinliklərini dinləmək, ağırlıqqaldıranlarımızın gələcəkdə daha böyük uğurlara imza atması üçün lazım olan addımların atılması istiqamətində fikir mübadilə etməkdir.

Federasiyanın vitse-prezidenti Firdovsi Umudovun da iştirak etdiyi tədbirdə məhsuldar müzakirələr aparılıb. Problemlər səsləndirilib, rəy və təkliflər bildirilib, ağırlıqqaldırma idmanının inkişafının davam etməsi üçün bir ailə olmağın, vahid fəlsəfə və strategiya üzrə hərəkət edilməsinin vacibliyi vurğulanıb.

Həmin kateqoriyadan