Fernando Alonso: 3-cü dəfə dünya çempionu olmaq arzusundayam

“Maklaren”in sürücüsü Fernando Alonso açıqlama verib. Allsport.az saytı xəbər verir ki, ispaniyalı 2-qat dünya çempionu CNN-ə müsahibəsində bütün diqqətini formula1-ə yönəldiyini deyib. F-1.az-a görə, Bakı 2016 qran-prisinin rəsmi elçisi bu mövsüm durumunu yaxşılaşdırmağı düşünür:

“Formula1 mənim üçün əsasdır. Mən üçüncü dəfə çempion olmaq arzusundayam və məqsədim də budur. Əgər qələbə uğrunda mübarizə apara bilməyəcəmsə, formula1-dən kənar variantlara baxacam. Lakin qərarımı ancaq noyabr-dekabr aylarında dəqiqləşdirə biləcəm. O vaxta qədər bütün imkanları nəzərdən keçirməliyəm. Karyeramı “Maklaren-də davam etdirmək? Bunun üçün mən ciddi irəliləyişlər görməliyəm və bunlar rəqəmlərlə sübut olunmalıdır.

İndianapolisdəki çıxışım zamanı bir daha əmin oldum ki, qələbə qazana bilərəm. Maşına əyləşəndə və mexaniklər təhlükəsizlik kəmərini bağladıqda düşündüm ki, kokpitdən qalib kimi ayrıla bilərəm. Bu, sehrli hiss idi. ABŞ-da mədəniyyət və yarışlara münasibət fərqlidir. Elə bir hiss yaranır ki, tribunada əyləşən insanların gözündə qəhrəmansan. İndycar-a keçid? Mənim əsas məqsədim Formula1-də daha bir titul əldə etməkdir. Həm də İndy500 və 24 saatlıq Le Man marafonlarında qalib gələrək avtoidmanın Üç Tacının sahibi olmaq arzusundayam. Elə buna görə də İndy500-ə qayıtmaq istəyərəm, lakin yaxın gələcəkdə yox”.

Həmin kateqoriyadan