“Ferrari” hər 2 cəbhədə öncüllük edir

Formula1 üzrə Böyük Britaniya qran-prisini qazanan Sebastyan Fettel şəxsi göstəricidə ilk pillədə yerini qoruyub. Allsport.az saytı xəbər verir ki, “Ferrari”nin almaniyalı sürücüsünün hesabında 171 xal var.

Ötən dünya çempionatının qalibi Lüis Həmilton bu dəfə vətənində qalib ola bilməyib. “Mersedes”in pilotu 10-cu yarışdan sonra 163 xalla 2-cidir. “Ferrari”dən Kimi Rəykkönen 116 xalla ilk üçlüyü qapayır.

Mühəndislər kubokunda İtaliya avtomobil şirkətinin komandası  öndədir (287). Onları 267 xalla “Mersedes” izləyir. “Red Bull” sıralamada 3-cüdür (199).

Mövsümün 11-ci mükafat yarışı 20-22 iyulda Almaniyanın Xokkenxaym şəhərində olacaq.

Həmin kateqoriyadan