Formula-1-ə görə bu yerdə avtomobillər parklamayacaq

İyunun 4-6-da Bakıda 5-ci Formula-1 qran-prisinə hazırlıq işləri çərçivəsində İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində müvəqqəti inşa olunmuş yerüstü piyada keçidinin hər iki dayaq tərəfinə mayın 29-da saat 07:00-da liftin quraşdırılmasına başlanacaq.

Allsport.az xəbər verir ki, liftlərdən biri Azərbaycan prospektinə düşdüyü üçün həmin yolun bir zolağında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən xahiş olunur ki, qeyd olunan hissədə bu gecədən etibarən avtomobillərini parklamasınlar.

Həmin kateqoriyadan