Formula-1 əyləncə həyəcanı

10-12 iyunda Formula-1 Azərbaycan qran-prisinin açılışı böyük çoşğu və həyəcanla gözlənilən günlərdəndir. Allsport.az saytı xəbər verir ki, mərasində trek boyu müxtəlif diceylərin çıxışı, onları müşahidə edən rəqqaslar, musiqi nömrələri tribunada olan tamaşaçıları yerlərində oturmağa qoymayacaq.

Bilet sahibləri həyəcanı tək tribunada deyil, həmçinin bulvar ərazisində də hiss edə biləcəklər. Dənizkənarı bulvar ərazisində bütün yaş təbəqələri üçün bir-birindən fərqli və əyləncəli məkanlar hazırlanıb.

“F1 Fanzone stage” əsl sürət fanatları üçündür. Formula-1 pilotlarını daha yaxından görmək, onlardan avtoqraf almaq istəyirsinizsə, o zaman fanatlar üçün ayrılmış xüsusi ərazidə mütləq öz yerinizi tutun.

Yarış həyəcanını özünüz hiss etmək istəyirsinizsə, “F-1 esports” ərazisində siz rəqiblərinizlə yarışmaq imkanından istifadə edə biləcəksiniz. Gündəlik təşkil olunacaq “qarşıdurma”da 10 ən sürətli qalibi seçərək, hədiyyələr təqdim edəcəyik. Görək sürətin sənə hədiyyə qazandıra biləcəkmi?

F-1-də pitstop komandasının bir üzvü olsaydın bacarardınmı? Əlbəttə ki, cəhd etmədən bilməyəcəksən. “BCC Pitstop Challenge” 6 fanat üçün 6 komanda təşkil edərək komandaları bir-birilərinə qarşı yarışdıracaq. Komandalar “Pirelli” təkərlərini dəyişmək üzrə mübarizə aparacaqlar.

“Mənim F-1 səyahətim başlayıb”. Bu nöqtələrin yerində hansı komandanın və kimin adını yazmaq istərdin? “Memory Board” məhz sənin xatirələrin üçündür. Sevdiyin və fanatı olduğun komandanın və ya F-1 pilotunun adını xatirə divarında yazmaq imkanın olacaq.  

Bütün qeyd olunanlardan əlavə, yaddaqalan və əyləncəli fotolar üçün müxtəlif məkanlarımız var. “F-1 2022 Car” nümunəsi bolidi yaxından görmək və şəkillər çəkdirmək üçün əla fürsətdir. Həmçinin,  Azerbaijan GP və F1 Baku həştəqi, Formula-1 Komanda papağının oturacaqlarda quraşdırılmış instalyasiyası və “Replica Podium” kimi məkanlarda özünüzü qalib kimi hiss edə və fotolar çəkdirə bilərsiniz.

”Mood Vall” da isə əhvalınızı əks etdirəcək çılğın və əyləncəli şəkillər çəkə,  bugünə kimi Azərbaycanda keçirilən Formula-1 qaliblərinin fotolarının əks edildiyi “Qələbə divarı”ndan keçməklə yarışların tarixini görə, həm də  yaddaşlara həkk edə bilərsiniz.

Həmin kateqoriyadan