Formula-1: Açılışda Azərbaycan himnini 2-ci Vətən müharibəsi qazisi səsləndirəcək

Formula-1 dünya çempionatı çərçivəsində Azərbaycan mükafat yarışı 5-ci dəfə günəşli Bakı küçələrinə dönür. Allsport.az saytı xəbər verir ki, “asfalt сəngavərləri” hadisələrlə zəngin Bakı şəhər halqasını alovlandırmazdan öncə, bütün komandalar və tədbirin qonaqları himn üçün ayağa qalxacaqlar. Mərasimdə tədbirin məramı qeyd ediləcək. Digər konsepsiya multikulturalizm və tolerantlıq ideyasına əsaslanır.

Açılışda dövlət himni 2-ci Vətən müharibəsi qazisi Atəş QarayevSəbinə Babayeva tərəfindən səsləndiriləcək. Bu zaman, trek üzərində dayanacan müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan bayrağını tutacaqlar. Onlar yarışın rəmzini və barış işarəsini əks etdirən “V” formasında dayanacaqlar.

Həmin kateqoriyadan