Formula-1 Azərbaycan qran prisinin könüllüləri iş başında

Allsport.az xəbər verir ki, aprelin 3-dən etibarən Formula-1 Azərbaycan qran orisinin uniforma və akkreditasiya mərkəzi artıq tam gücü ilə fəaliyyətə başlayıb.

Builki möhtəşəm idman tədbirinə sayılı günlər qaldığı müddətdə, yarışın keçirilməsində rolu olan əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri mərkəzə gələrək, akkreditasiya kartlarını, həmçinin uniformalarını əldə edə biləcəklər.

100-dən artıq könüllünün fəaliyyət göstərdiyi mərkəz cari ilin 30 aprel tarixinədək fəaliyyət göstərəcək.

Formula-1 Azərbaycan qran prisində iştirak etmək üçün cari ilin əvvəlində 10000-dən çox namizəd qeydiyyat üçün müraciət edib. Müraciət edənlərin 1500 nəfəri yarışların təşkilinə könüllü olaraq qatılmaq fürsəti qazanıb.
Yarış əməliyyatlarına xüsusi hazırlaşan könüllülərin bilik və bacarıqlarının artırılması məqsədilə Bakı şəhər halqası akademiyası tərəfindən intensiv təlimlər keçirilib.

Bununla da, BŞH könüllüləri Formula-1 Azərbaycan qran prisi-2023 çərçivəsində insan resursları, işçi qüvvəsi, media, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər mühüm istiqamətlərdə yarışın yüksək səviyyədə təşkilində müstəsna xidmət göstərəcəklər.

Həmin kateqoriyadan