Formula1 əfsanəsi Mixael Şumaxerin ailəsini ölümlə hədələyiblər

Keçən ilin fevralında Mixael Şumaxerin həyat yoldaşını xoşagəlməz an yaşayıb. Allsport.az saytı xəbər verir ki, 7-qat dünya çempionunun həyat yoldaşının başına gələn hadisə barədə ilk məlumatı “Focus” nəşri verib. 

F-1.az bildirir ki, cinayətkar Korinna Şumaxerdən 900 min avro tələb edib və onun elektron poçt ünvanına belə yazıb:

“Əgər pul martın 31-nə qədər hazır olmasa, övladların əvvəl-axır öldürüləcək”. Mixael və Korinnanın iki övladları var – qızları Cina-Mariya və ananın məktubu aldığı vaxt Formula4 seriyasında yarışan oğulları Mik.

Xanım Şumaxer dərhal polisə müraciət edib, cinayətkarın elektron poçt vasitəsi ilə göndərdiyi bank hesabı araşdırılıb və cani tapılaraq həbs edilib. O, məhkəmədə öz əməlini etiraf edib.

Həmin kateqoriyadan