Formula1 Azərbaycan qran-prisinin qalibi Bakıya səfər edəcək

“Red Bull” komandasının pilotu Daniel Rikkardo formula1 Azərbaycan qran-prisi-2017-də qələbə qazandıqdan sonra ilk dəfə Bakıya gələcək. Allsport.az saytı xəbər verir ki, 29-30 noyabrda baş tutacaq ikigünlük səfər çərçivəsində avstraliyalını paytaxtda bir sıra görüşlər keçirəcək və Azərbaycan mədəniyyəti ilə yaxından tanış olacaq.

Formula1 azarkeşlərinin sevimlisi Bakı Şəhər Halqasında keçirdiyi yarış təəssüratlarını avtoidman həvəskarları ilə bölüşəcək və BŞH-nin sosial media kanallarında canlı olaraq azarkeşlərin suallarını cavablandıracaq. Həmçinin o, səfər təəssüratlarına dair yerli və xarici media nümayəndələri üçün keçiriləcək mətbuat konfransında da iştirak edəcək.

 

Həmin kateqoriyadan