Formula1-də məşhur DJ-lərin gecə əyləncə proqramlarına hər kəs qatıla biləcək

Formula1 Azərbaycan qran-prisində hər gün məşhur DJ-lərin “Büllur” sarayda gecədən səhərədək davam edəcək musiqili əyləncə proqramlarında, yarışa biletləri olmayanların da iştirakı mümkündür. Allsport.az saytı xəbər verir ki, bunun üçün əyləncə həvəskarları www.iticket.az  saytına daxil olaraq onlayn şəkildə və ya şəhərdəki müvafiq kassalara yaxınlaşaraq gecə proqramı üçün bilet əldə edə bilərlər. Biletlər bir gün üçün etibarlıdır. Bu biletlərin bir günlük qiyməti “Golden circle” adlanan səhnəyə ən yaxın yer üçün 50, digər yerlər üçün isə 30 manatdır.

Qeyd edək ki, yarış həftəsi ərzində Neftçilər prospektinin Azneft dairəsindən “Baku Crystal Hall”dək hissəsi ümumi istifadə üçün bağlı olacağından burada yalnız icazə sənədinə sahib nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək. Formula 1 bileti olmayan və yalnız DJ-lərin proqramına bilet alan əyləncəsevərlər “Baku Crystal Hall”a öz imkanları ilə gəlməlidirlər.

Həmin kateqoriyadan