Formula1 günləri yağış ehtimalı var

Sinoptiklər 27-29 apreldə keçiriləcək Formula1 Azərbaycan qran-prisi günləri üçün ilkin ehtimal veriblər. Allsport.az saytı xəbər verir ki, yarış günlərində günəşli hava vəd edilsə də, yağıntılar da istisna deyil.

Cümə və şənbə günləri Bakıda az buludlu, yağmursuz hava gözlənilir. Hərarət 22-24 dərəcə olacaq. Yürüş günü küləyin güclənməsi ehtimal olunur, temperatur müsbət 20 dərəcəyə enəcək.

 

Həmin kateqoriyadan