Formula1-in Azərbaycan iqtisadiyyatına təsiri

Formula 1-in rəhbəri konfrans üçün Bakıya gəlib

Formula1 şirkətlər qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” (BHMSE) adlı beynəlxalq konfransın 4-cü buraxılışında iştirak edib.

Allsport.az xəbər verir ki, “İdman və şəhər” mövzusuna həsr olunan konfransın builki buraxılışına Formula1 və Bakı şəhər halqası əməliyyat şirkəti rəhbərliyi ilə yanaşı, bir sıra yüksək səviyyəli yerli rəsmilər və aparıcı xarici mütəxəssislər qatılıblar.

Çeyz Keri çıxışında idman və onun bir çox qlobal promouterinin birgə çalışaraq yarış başa çatdıqdan sonra da təsiri davam edəcək misilsiz, davamlı və dünya səviyyəli idman tədbirinə uğurlu şəkildə evsahibliyi etməyin yollarına dair düşüncələrini iştirakçılarla bölüşüb.

Onun idman yarışları və bu yarışların təşkilatçıları barədə söylədiyi fikirlər PwC beynəlxalq audit şirkətinin 2016-2019-cu illər ərzində Bakıda baş tutmuş Formula1 Azərbaycan qran-prisi yarışlarının ölkəyə qazandırdıqlarına dair ötən ay açıqladığı hesabatda qeyd olunan 506,3 milyon dollar dəyərində birbaşa və dolayı gəlirlərə aid göstəricilərdə öz əksini tapır.

Həmin kateqoriyadan