Formula1 komandaları daha erkən COVİD-19 əleyhinə peyvənd oluna bilər

Formula1 rəhbərliyinin koronavirus pandemiyası fonunda cari mövsüm üçün öz planı var. Allsport.az saytı xəbər verir ki, Beynəlxalq avtomobil federasiyası və “Liberti Media” bütün komandaların işçilərinin mart ayında çempionat başlamazdan əvvəl COVİD-19 qarşı vaksinasiyadan keçmələrini istəyirlər.

Yalnız bu durumda ötən rəqabətin məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılması mümkün olacaq. Hazırda Avstraliya və Çində ötüşmələrin payızadək təxirə salınmaq təhlükəsi var. Mövsümün ilk mərhələsi, böyük ehtimalla, martın 28-də Bəhreyndə, növbəti 2 yarış isə İmola və Portimaoda baş tutacaq.

Formula 1-də son bir mövsüm ərzində 78 min koronavirus testi aparılıb, onlardan 78-i müsbət olub.

Həmin kateqoriyadan