- Baxış sayı: 36
- 28 Mart 2024 17:31
- Baxış sayı: 163
- Mart 28, 2024
- 0
Formula1 Azərbaycan qran-prisinə hazırlıqla əlaqədar trekin bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Allsport.az saytı xəbər verir ki, aprelin 6-dan 7-ə keçən gecə Azneft dairəsində tribunanın tikintisi ilə əlaqədar olaraq kiçik radiuslu dairə quraşdırılacaq, həmçinin burada hərəkət hissəsi əvvəlki vəziyyəti ilə müqayisədə nisbətən daraldılacaq.
Aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar aprelin 7-dən 8-nə keçən gecə Üzeyir Hacıbəyov küçəsinin Puşkin küçəsi ilə Azadlıq prospektinin arasında olan hissəsində hərəkət zolaqlarının sayı azaldılacaq. Həmçinin aprelin 9-da gecə saatlarından etibarən Səməd Vurğun küçəsinin Zərifə Əliyeva küçəsi ilə Neftçilər prospekti arasında olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Bundan başqa, aprelin 11-dən 12-nə keçən gecə Neftçilər prospektinin Bakı dəniz vağzalının qarşısındakı hissəsində yolun hərəkət hissəsi daraldılacaq.