Formula2-də ilk yarışın qalibi “Dams”ın sürücüsü Aleksander Albon olub

Azərbaycan qran-prisi çərçivəsində keçirilən Formula2 yarışında “Dams” komandasının sürücüsü Aleksander Albon  üzrə birinci yarışın qalibi olub. Allsport.az saytı xəbər verir ki, o, 29 dövrənin yekununda 1 saat 3 dəqiqə 41,627 saniyə nəticə göstərib.

“ART Grand Prix” komandasının pilotu Cek Aitken 2-ci, “Charouz Racing System”in üzvü Antonio Fuoko 3-cü olublar. Formula2-də 21 dövrədən ibarət 2-ci ötüşmə sabah keçiriləcək.

Həmin kateqoriyadan