“Fors İndia” qonaq mərkəzini satışa çıxarıb

Allsport.az saytı xəbər verir ki, ABŞ-ın Ebay onlayn satış platformasında 2018-ci ildə “Fors İndia” komandasının istifadə etdiyi qonaq mərkəzini satışa çıxarılıb. 3 mərtəbəli konstruksiyada lazım olan bütün təchizat var.

Rahat yataq otaqları, geniş mətbəx, soyunub-geyinmə otaqları, duş kabinəsi, geniş qonaq otağı, bar, texniki işçilər və strateqlər üçün ofislər də mövcüddür.

İlkin qiymət 500 min avro təşkil edir. 2018-ci il mövsümü başlamazdan əvvəl, mərkəz “Fors İndia”ya 7,8 milyon avroya başa gəlmişdi.

Həmin kateqoriyadan