Fransa mükafat yarışı: Ferstappen-Həmilton-Rassel

Bu gün Formula-1 Fransa qran-prisi başa çatıb. Allsport.az saytı xəbər verir ki, dünya çempionatının 12-ci mərhələsində Pol Rikar avtodromunda “Red Bul“dan Maks Ferstappen hamını qabaqlayıb.

O, qələbəyə 1 saat 30:02.112 saniyə sərf edib. “Mersedes“ komandasından Lüis Həmilton finişə 2-ci çatıb. Onun komanda yoldaşı Corc Rassel ilk üçlüyü qapayıb.

Növbəti ötüşmə 1 həftə sonra Macarıstanın Hunqarorinq avtodromunda olacaq. Pilotlar 4381 metrlik trasda 73 dövrə vuracaqlar.

Həmin kateqoriyadan