Gələn mövsüm “Ferrari”də Kimi Rəykköneni o əvəz edəcək

Formula1 dünya çempionatının növbəti mövsümündə “Ferrari” komandasında finlandiyalı Kimi Rəykkönenə əvəz tapılıb. Allsport.az saytı xəbər verir ki, italiyalılar Moneqask Şarl Leklerlə 1-illik anlaşıb.

20 yaşlı monakolu hazırkı rəqabətə “Zauber” komandasında başlayıb. Hesabında 13 xal olan sürücü 14 mərhələdən sonra 15-ci yeri tutur. O, 2016-cı ildə GP3 seriyasında, 2017-ci ildə Formula2 çempionatında qalibi olub.

38 yaşlı Kimi 16-cı mövsümünü keçirir. Finlandiyalı 2007-ci ildə “Ferrari” ilə Formula1 çempionu olub. Onun ümumi hesabında 284 yarışda 20 qələbə, 18 əlverişli mövqe, 46 sürətli dairə və podiumda 100 finiş var.

Həmin kateqoriyadan