“Gəncə” ölkə kubokunu qazandı

Sərhədçi idman mərkəzində basketbol üzrə Azərbaycan kubokunun final qarşılaşması baş tutub.

Allsport.az xəbər verir ki, “Gəncə” NTD-nin üz-üzə gəldiyi final oyununa gəncəlilər üstün başlayıblar. Lakin, oyunun 2-ci hissəsində 20 xallıq fərqdən geri dönüş edən NTD oyunu əlavə vaxta aparsa da, bu zaman “Gəncə” 100:89 hesablı qələbə qazanaraq kubokun qalibi olub. Finalın ən dəyərli basketbolçusu “Gəncə” komandasının oyun qurucusu Kollin Törner seçilib.

Ən məhsuldar basketbolçular: “Gəncə” (Kollin Törner – 38 xal, 13 götürmə), NTD (Zak Hadson – 20 xal, 8 götürmə)

Mükafatlandırma mərasimində GİN-nin nazir müavini xanım Mariana Vasileva və basketbol federasiyasının rəyasət heyətinin üzvüləri Bəxtiyar Aslanbəyli, Simuzər Feyzullayeva, Elnur Əliyev Vilayət Vəliyevdə iştirak ediblər. Kuboku “Gəncə” komandasının kapitanı Amil Həmzəyevə xanım Mariana Vasileva təqdim edib

Həmin kateqoriyadan