“Gəncə” pley of seriyasına darmadağınla başladı

Allsport.az xəbər verir ki, 6 may “Sərhədçi” idman mərkəzində Azərbaycan basketbol liqasının (ABL) pley of mərhələsində növbəti yarımfinal oyunu baş tutub.

İkinci yarımfinal seriyasının ilk görüşündə NTD və “Gəncə” komandaları üz-üzə gəliblər.

Oyuna “Gəncə” basketbolçuları sürətli başlayaraq, yekunda 101:73 hesablı qələbə qazanıblar.

Bu qələbə ilə “Gəncə” seriyada 1:0 önə keçib. Yarımfinal seriyasının ikinci oyunu 10 may tarixində Gəncədə baş tutacaq.

Ən məhsuldar basketbolçular: NTD BK (Brayson Robinson – 14 xal, 6 götürmə), “Gəncə” (Ceylen Qeddi – 34 xal, 7 götürmə)

Həmin kateqoriyadan