“Gəncə” və NTD ölkə kubokunun finalında

“Gəncə” və NTD ölkə kubokunun finalında

25 mart tarixində “Sərhədçi” olimpiya idman mərkəzində basketbol üzrə Azərbaycan kubokunun yarımfinal oyunları keçirildi. Allsport.az xəbər verir ki, ilk yarımfinal oyununda “Gəncə” və “Neftçi” komandaları üz-üzə gəldilər. Yerli oyunçularının dominant oyunu sayəsində “Gəncə” komandası rəqibi üzərində 83:73 hesablı qələbə qazanaraq ilk finalçı oldu.

Ən məhsuldar basketbolçular : “Gəncə” (Amil Həmzəyev – 26 xal, 6 götürmə), “Neftçi” (Yuriy Kondrakov – 18 xal, 10 götürmə).

İkinci yarımfinal qarşılaşması NTD və “AAAF Xırdalan” komandaları arasında baş tutdu. Gərgin mübarizə şəratində davam edən oyunun sonunda NTD basketbolçuları 91:84 hesablı qələbə qazanaraq adlarını finala yazdırdılar.

Ən məhsuldar basketbolçular: NTD (Londel Kinq – 25 xal, 15 götürmə), “AAAF Xırdalan” (Devin Pullum – 23 xal, 5 ötürmə).

“Gəncə” və NTD basketbolçuları arasındakı final oyunu, 26 mart saat 16:00 -da start götürəcək.

Həmin kateqoriyadan