“Gəncə” və NTD ölkə kubokunun yarımfinalında

Bu gün Sərhədçi idman mərkəzində basketbol üzrə Azərbaycan kubokunun növbəti qrup oyunları baş tutub. Allsport.az nəticələrlə tanış edir:

“A” qrupu: “Sabah” – “Sərhədçi” (97:92)
Ən məhsuldar basketbolçular : “Sabah” (Fuad Niftəliyev – 26 xal, 7 ötürmə), “Sərhəçi” (Maykl Diqqins – 25 xal, 13 götürmə)

“Gəncə” – “AAAF Xırdalan” (91:65)
Ən məhsuldar basketbolçular: “AAAF Xırdalan” (Deymon Makdouel – 30 xal, 6 götürmə), “Gəncə” (Kollin Törner – 27 xal, 7 götürmə)

“B” qrupu: NTD – “Neftçi” (108:89)
Ən məhsuldar basketbolçular: NTD (Quinton Kempbel – 15 xal, 3 götürmə), “Neftçi” (Yuri Kondrakov – 21 xal, 5 ötürmə)

“Olimpik Şəki” – “Zirvə Astara” (69:94)
Ən məhsuldar basketbolçular : “Zirvə Astara” (Ruşard Kruikşenk – 32 xal, 5 götürmə), “Olimpik Şəki” (Larri Robinson – 25 xal, 7 götürmə)

Bu oyunlardan sonra “Gəncə” və NTD kubokun yarımfinalına vəsiqəni təmin ediblər.

Həmin kateqoriyadan