Gənc ağırlıqqaldıranlar Xorvatiyada beynəlxalq təlim-məşqdə iştirak ediblər

Xorvatiyanın Split şəhərində Avropa ağırlıqqaldırma federasiyasının təşkil etdiyi beynəlxalq təlim-məşq toplanışı və elmi seminarı keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan da daxil olmaqla, 9 ölkə – Belçika, Sloveniya, Bosniya və Hersoqovina, Polşa, Türkiyə, İtaliya, Rumıniya və Xorvatiyadan olan 40 idmançı və 15 məşqçi bir araya gəlib.

Bizdən məşqçilər Nahid VəliyevElnarə Abbasova, idmançılar Nurəddin MehdiyevZəhra Niftəliyeva yer alıblar. Beynəlxalq tədbirdə iştirak edənlər öz biliklərini paylaşıb, yeni biliklər əldə edib, beynəlxalq ekspertlər Kolin Bakli və Damyan Kanzekin nəzəri və praktiki mühazirə, seminarlarında, həmçinin Xorvatiya ictimai səhiyyə institutunda antidopinq seminarında iştirak ediblər.

Toplanış gənc nəsil arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində böyük rol oynayıb. Bağlanış mərasimində təmsilçilərimizə iştirakları ilə bağlı beynəlxalq sertifikatlar təqdim edilib.

Həmin kateqoriyadan