Gənc ağırllıqqaldıranlar arasında ölkə birinciliyi

15-16 sentyabrda Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasının yarış zalında gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda ölkənin bütün bölgələrindən klub və cəmiyyətləri təmsil edən 100-ə yaxın idmançı iştirak edəcək.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin, perspektivli ağır atletlərin müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsi, 20 və 23 yaşlı gənc oğlan və qızlar arasında keçiriləcək Avropa birinciliyinə hazırlıqlı idmançıların müəyyən olunmasıdır.

Həmin kateqoriyadan