- Baxış sayı: 89
- 02 Noyabr 2026 19:17
- Baxış sayı: 347
- Noyabr 09, 2026
- 0

Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasının yarış zalında gənc qız ağırllıqaldıranların Azərbaycan birinciliyi start götürüb. Allsport.az saytı xəbər verir ki, yarışda ölkənin bütün bölgələrindən klub və cəmiyyətləri təmsil edən 100-ə yaxın idmançı iştirak edir.
Körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. 49, 55, 59, 64, 71, 76, 81, 87 və +87 kq çəki dərəcələrində müvafiq olaraq Sona Quliyeva, Selcan Qarayeva, Nigar Əliyeva, Fazilə İmanova, Zəhra Niftəliyeva, Günel Əliyeva, Rahilə Hüseynzadə, Mələk Hüseynli və Nuranə Məhərrəmova qalib adlarını qazanıblar.