Gənclərin ölkə birinciliyinin açılış mərasimi

Allsport.az saytı xəbər verir ki, Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasın AAF-in baş katibi Rizvan Rəsulov çıxış edib.

O, çempionatın təşkilində məqsədin ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Azərbaycanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağırllıqqaldırmanın inkişaf səviyyəsinin, perspektivli idmançıların müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsi və beynəlxalq yarışlara hazırlıqlı atletlərin müəyyən olunması olduğunu söyləyib.

Sonra dövlət himni səslənib. Daha sonra Səbinə Rzayevaya və İlham Hüseynovaya müvafiq beynəlxalq dərəcəli hakim kitabçaları təqdim edilib.

Həmin kateqoriyadan