Gənclər arasında ölkə birinciliyi təxirə salınıb

Sentyabrın 12-də gecə və 13-də səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan dövlət sərhədində törədilən genişmiqyaslı hücumun qarşısı alınarkən, silahlı qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Allsport.az saytı xəbər verir ki, bu səbəbdən 15-16 sentyabrda keçirilməsi nəzərdə tutulan gənclər arasında ağırlıqqaldırma üzrə ölkə birinciliyi təxirə salınıb. Yarışın nə vaxt, harada təşkil olunacağı barədə məlumat veriləcək.

Allah şəhidlərimizə rəhmət eləsin!

Həmin kateqoriyadan