- Baxış sayı: 40
- 10 Avqust 2026 21:53
- Baxış sayı: 89
- Avqust 10, 2026
- 0

Allsport.az xəbər verir ki, 1 iyun tarixindən etibarən basketbol üzrə oğlanlardan ibarət U-16 və U-18 yığma komandalarımız Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start veriblər.
Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi yığmalarımız gündə iki dəfə olmaqla, müntəzəm şəkildə məşqlərini davam etdirirlər. U-16 və U-18 millilərimizin hazırlıq prosesindəki əsas məqsədləri, müvafiq olaraq 19-27 iyul Kosovanın Priştina və 29 iyul – 6 avqust Bakı şəhərlərində keçiriləcək Avropa çempionatı “C” divizionlarının oyunlarına hazırlaşmaqdır.
Təlim-məşq toplanışı 15 iyun tarixinə qədər davam edəcək.