Burqasdan 5 medal ilə

Azərbaycan millisinin bədii gimnastları Bolqarıstanın Burqas şəhərində “Prize of Julieta Shishmanova” beynəlxalq turnirində 5 bürünc medal qazanıblar.

Allsport.az xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti açıqlayıb.

Millimizin üç üzvü Bolqarıstanda mükafatçılar sırasına düşüb. Səkinəxanım İsmayılzadə həm çoxnövçülük, həm də gürzlər və topla çıxışda bürünc mükafata sahib çıxıb.

Ayan Sadıqova halqa, Dəniz Əsgərova lentlə hərəkətdə üçüncü yeri tutublar. Beş bürünc qazanan Azərbaycan millisi komanda hesabında 3-cü yeri tutub.

Həmin kateqoriyadan