Gimnastlarımızdan bürünc medal

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kubokunda ilk medalların sahibləri müəyyənləşib.

Allsport.az xəbər verir ki, qrup hərəkətlərində çoxnövçülük yarışı başa çatıb.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzanın heyətində yer aldığı Azərbaycan millisi 71,550 xalla bürünc medal qazanıb. Yığmamız həm 5 halqa, həm də 3 lent və 2 topla hərəkətdə finala adlayıb.

Çoxnövçülükdə İsrail millisi çempionluq yaşayıb – 73, 550. İtaliya yığması ikinci olub – 71, 770 xal.

Bu gün fərdi yarışlarda da qaliblər müəyyənləşəcək.

Həmin kateqoriyadan