Göyçay və İsmayıllı bədii gimnastları paytaxtda hazırlaşır

Milli gimnastika arenasında Göyçay və İsmayıllı olimpiya idman komplekslərinin bədii gimnastika bölməsinin üzvlərinin iştirakı ilə təlim-məşq keçirilir.

Allsport.az saytı xəbər verir ki, dekabrın 24-dək davam edəcək toplanışın təşkili bölgələrdə bu idman növünün inkişaf etdirilməsi, hazırlıq səviyyəsinin gücləndirilməsidir.

İsmayıllıda 2015-ci, Göyçayda 2017-ci ildən bədii gimnastika bölməsi fəaliyyət göstərir. Bölgələrdə gimnastikanın inkişafı çərçivəsində müxtəlif regionlardan gimnastlar paytaxtda mütəmadi hazırlıqlarda iştirak edirlər.

Həmin kateqoriyadan