“Güclü rəqibə qarşı mübarizə aparacağımızı bilirdik”

FİBA Avropa kubokunun müntəzəm mövsümündə “D” qrupunun 5-ci turunda “Sabah” klubu İstanbulda “Bağçaşəhər”ə 80:99 yenilib. Allsport.az xəbər verir ki, komandamızın məşqçisi Nikola Bozinovski matçla bağlı bunu deyib:

“Güclü rəqibə qarşı mübarizə aparacağımızı bilirdik. Lakin ilk hissədə oyunun bu cür keçəcəyini gözləmirdik. Fasilədən sonra daha yaxşı təsir bağışladıq. Müdafiədə diqqətli oynadıq. İkinci hissədə xarakter göstərdik və hesab arasındakı fərqi azaltdıq.

FİBA Avropa kubokunda azarkeşlərimiz önündə keçirəcəyimiz son oyunda yaxşı çıxış etmək üçün əlimizdən gələni edəcəyik. Lakin “Nimburk” da lider “Bağçaşəhər”lə bərabər ən yaxşı qrup ikincisi kimi növbəti mərhələyə yüksəlməyi qarşısına məqsəd qoyub. Bu baxımdan çətin oyun olacaq”.

Həmin kateqoriyadan