Gülhüseyn Abdullayev Əbu Dabi trasında 1-ci olub

Əbu Dabinin “Yas Marina” trasında Formula “Gulf Academy” çempionatının növbəti mərhələsi keçirilib. Allsport.az saytı xəbər verir ki, bu ötüşmədə Gülhüseyn Abdullayev qalibi olub. Azərbaycanı F4 və F3 yarışmasında layiqincə təmsil edən həmyerlimiz, qış fasiləsindən faydalı yararlanmaq məqsədilə Yaxın Şərqə yollanıb.

O, sıralanma turunda 3-cü nəticə göstərib. Çempionatın formatına görə iştirakçılar 9 dövrədən ibarət 3 yarışda güclərini sınamalı olublar. İlk yarışda sürücülər sıralanma turunun nəticələrinə uyğun, digər yarışlarda isə əvvəlki yarışın finişinə uyğun start alırlar.

F-1.az bildirir ki, 1-ci yarışda 3-cü yerdən start alan həmyerlimiz qəzaya uğrayaraq mübarizəni vaxtından əvvəl dayandırıb. Ona görə də ikinci yarışda sonuncu yerdən start alan Gülhüseyn bir-birinin ardınca gözəl ötmələrlə rəqiblərini arxada qoyaraq finişdə 3-cü ola bilib. Nəhayət, son yarışa da 3-cü yerdən başlayan Gülhüseyn bu dəfə finiş xəttini birinci keçərək Azərbaycanın bayrağını yüksəklərə qaldırıb…

Həmin kateqoriyadan