Gülhüseyn Abdullayev dostunun xatirəsini 3 qələbə ilə yad edib

Qardaş Türkiyədən xoş xəbər: avtoidmanda yeganə təmsilçimiz Gülhüseyn Abdullayev Tuzlada keçən il dünyasını dəyişmiş Bərat Türkərin xatirə turnirində qalib olub. Allsport.az saytı xəbər verir ki, hazırda mövsümlərarası fasilədən tam faydalanmaq məqsədilə həmyerlimiz qonşu ölkədə gücünü sınamaq qərarına gəlib.

F-1.az bildirir ki, DD2 kateqoriyasında (mexaniki ötürmələr qutulu kartlar) yarışda 2 yarımfinal mərhələsi olub. Sıralanma turunda poula cəmi 0.002 saniyə uduzan həmyerlimiz hər iki yarımfinal yarışında qələbə qazanmaqla finala yüksəlib.

Finalda pouldan start alan həmyerlimiz rəqiblərinə heç bir fürsət verməyib. Beləliklə, Gülhüseyn dostunun xatirəsini 3 qələbə ilə yad edib…

Həmin kateqoriyadan