Həbib Nurməhəmmədov qayıdır?

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov karyerasını bərpa edəcəyi ilə bağlı şayiələr haqda paylaşım edib:

“UFC 300 mənsiz baş tutacaq. UFC 400 kimi”.

Bundan əvvəl sosial şəbəkələrdə Həbibin məşqçisi Xavier Mendezin müsahibəsi yayılıb və o, bildirib ki, Həbib yenidən onunla məşq edir, yəni döyüşə hazırlaşır. Eyni zamanda, bu müsahibənin tarixi heç yerdə göstərilmədiyindən bu müsahibənin yeni olub-olmadığı məlum deyil.

Həmin kateqoriyadan