Həmilton ötən ilin ən zəngin F-1 sürücüsüdür

“Forbes” 2022-ci ildə ən çox gəlir əldə edən idmançıların siyahısını hazırlayıb.

Allsport.az xəbər verir ki, futbolçular Kriştianu RonalduLionel Messi müvafiq olaraq 136 milyon və 130 milyon dollar qazanaraq ənənəvi olaraq lider olublar.

Formula-1 sürücüləri arasında 7 qat dünya çempionu britaniyalı keçmiş “Mersedes” sürücüsü Lüis Həmilton  65 milyon dollar qazanaraq birinci olub (ümumi cədvəldə 21-ci) və “Red Bul”un hazırkı favoriti Maks Ferstappeni qabaqlayır. Niderlandlı müqavilədən 60 milyon dollar əldə edib.

Həmin kateqoriyadan