Həmilton Soçi qran-prisində finişə 1-ci çatdı

Rusiyada Formula-1 dünya çempionatının 15-ci mərhələsinə sona yetib. Allsport.az saytı xəbər verir ki, komandalar 5848-metrlik Soçi trasında 53 dövrə vurublar. 

“Mersedes”dən Lüis Həmilton finişə 1-ci çatıb. O, 1 saat 30:41.001 saniyə vaxt sərf edib. “Red Bul”un niderlandlı sürücüsü Maks Ferstappen olub. İlk üçlüyü “Ferrari”dən Karlos Sayns qapayıb.

Növbəti ötüşmə 2 həftə sonra Türkiyədə olacaq. Pilotlar 5338-metrlik İstanbul trasında 53 dövrə vuracaqlar.

Həmin kateqoriyadan