“Sabah”ın baş məşqçisi: “Hər şeyin yaxşı olacağına inanıram”

“Sabah” basketbol klubunun baş məşqçisi Boban Mitev Belqrad təlim-məşqi öncəsi jurnalistlərə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, serbiyalı mütəxəsis, yoldaşlıq oyunlarında öz səhvlərinini görəcəklərini deyib:

“Hazırlığa bir qədər gec başlasaq da, hər şeyin yaxşı olacağına inanıram. “Sabah” rəhbərliyi bizə hər cür şərait yaradıb. Belqradda keçirəcəyimiz yoldaşlıq oyunlarında öz səhvlərimizi görəcəyik və basketbolçularımızın real gücünü biləcəyik.

Məqsədim ilk növbədə burada bir irs qoymaq və azərbaycanlı basketbolçuları yetişdirməkdir. Azərbaycanı yaxşı təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.

Həmin kateqoriyadan